Ərinin  intim nəvazişlərindən   narazı qaldı: Cinsi əlaqədən məhrum oldu
01 may 2023 19:54 (UTC +04:00)

Ərinin intim nəvazişlərindən narazı qaldı: Cinsi əlaqədən məhrum oldu

Qadın ərinin intim nəvazişlərini rədd edib və cinsi əlaqədən məhrum olub. Vəziyyəti necə düzəltmək barədə məsləhət almaq üçün münasibətlər üzrə mütəxəssis Syuzi Qodsona müraciət edib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 17 ildir evli olan qadın bildirib ki, əri ilə intim həyatlarını şaxələndirmək qərarına gəliblər. Ancaq ər yataqda aktiv olanda davranışı arvadının xoşuna gəlməyib.

“Düşünürəm ki, ərim kifayət qədər pornoya baxıb. Yataqda dili və bədəni ilə nə və necə davrandığını bəyənmirəm. Bu barədə ona dedim, incidi. İndi isə ümumiyyətlə sekslə məşğul olmuruq. Mən nə etməliyəm?” – seksdən məhrum olan qadın deyib. 

Münasibətlər üzrə mütəxəssis Qodson qeyd edib ki, bütün kişilər aktyorların davranışlarını böyüklər üçün filmlərdən kopyaladığına görə tənqid olunmağı sevmirlər. “Ancaq o, səmimi olaraq intim münasibəti şaxələndirməyə çalışıb. İndi o, utanır”, - Qodson vəziyyəti belə şərh edib.

Qodsonun fikrincə, o anlayıb ki, xanımının xoşuna gəlmir: “Ancaq yenə də baş verənlər haqqında dürüst olmaq lazımdır. Aydındır ki, hər ikiniz seksin ləzzətini itirdiyini hiss etdiniz. Nəyi əskik etdiyinizi müzakirə edin”.

Qodsonun sözlərinə görə, siz hər vasitə ilə partnyorunuzla yaxınlığı qorumalısınız, o zaman intim həyatınız yaxşılaşacaq: "Cinsi cazibədar edən yaxınlıqdır. Yaxınlıq təkcə dərin hisslər və etibar deyil, həm də fiziki təmasdır. Sizi öpməzdən əvvəl saçınızı qulağınızın arxasına necə yığdığı və ya birlikdə olduğunuz zaman əllərinizin instinktiv olaraq ona necə uzandığı önəmlidir”.

Qodson deyib ki, bir-birinizi sevirsinizsə və hörmət edirsinizsə, cinsi əlaqədə yaxınlığı bərpa etmək asandır: “Həqiqətən ehtiyacınız olan tək şey bir-birinizin qayğısına qalmaq üçün birlikdə daha çox vaxt keçirməkdir. Gəzinti, nahar və ya maşın sürmək sosiallaşmaq üçün ideal seçimdir”.

O, yataqda təcrübələrə qayıtmağa tələsməməyi tövsiyə edib: “Arzuya təslim olmamışdan əvvəl emosional əlaqənin möhkəmlənməsinə icazə versəniz, illər ərzində yaşadığınız ən yaxşı cinsi əlaqədən həzz alacaqsınız və bu bədbəxtlik unudulacaq”.  

# 5103
avatar

Oxşar yazılar