Dörd uşaq anası özündən  19 yaş kiçik oğlanla   evləndi
09 oktyabr 2023 14:25 (UTC +04:00)

Dörd uşaq anası özündən 19 yaş kiçik oğlanla evləndi

47 yaşlı 4 uşaq anası özündən 19 yaş kiçik kişiyə aşiq olub və onunla evlənib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Dianna Bumer rəfiqəsinin qardaşı oğlu Stiven 19, özünün isə 38 yaşında ikən ona aşiq olduğunu bildirib. Qadının dediyinə görə, o, əvvəlcə sevgilisinin aid olduğu avtomobil klubunu ziyarət etməyə başlayıb. Dianna Stiveni öz “Jeep”i ilə gəzintilərə çıxarıb və bu, onları bir-birinə daha da yaxınlaşdırıb. Həmin vaxt boşanma mərhələsində olan qadın 4 uşaq böyüdürdü. Dianna Stiveni öz mənzilinə köçməyə dəvət edib ki, kirayəni bölüşə bilsinlər. O vaxtdan bəri cütlük ayrılmayıb.

Stiven etiraf edib ki, o, özündən iki dəfə böyük bir qadınla münasibət qurduğu üçün əvvəlcə ailəsi tərəfindən qınaqla üzləşib. “Anam bunu çox bəyənmirdi. Dianna anasından cəmi bir neçə ay böyükdür, ona görə də bu ona bir az qəribə gəlib”, - Stiven bildirib.

Qohumları deyib ki, Stiven başqalarının uşaqlarını böyüdə bilməyəcək. Bir neçə dostu da ondan uzaqlaşıb. Lakin Stivenin sözlərinə görə, bir müddət sonra ailəsi və dostları onun seçimini qəbul ediblər. 

# 6996
avatar

Oxşar yazılar