Brüs Uillisin həyat yoldaşı aktyorun yeni fotosunu yaydı:  Görün nə yazdı?
09 may 2022 19:10 (UTC +04:00)

Brüs Uillisin həyat yoldaşı aktyorun yeni fotosunu yaydı: Görün nə yazdı?

Afaziya səbəbindən kinodan uzaqlaşan Brüs Uillis ailəsinin dəstəyinə arxalana bilər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, aktyorun həyat yoldaşı, model Emma Heminq Uillislə birlikdə çəkdirdiyi yeni fotosunu izləyiciləri ilə bölüşüb. Fotonu cütlüyün 10 yaşlı qızı Meybl çəkib.

Martın sonunda Brüs Uillisin ailəsi aktyorun karyerasını bitirmək qərarına gəldiyini açıqlamışdı. Səbəb onun əziyyət çəkdiyi afaziyadır - Uillis pis danışmağa başlayıb. Bu əlamət, çox güman ki, aktyorun 2003-cü ildə "Günəşin göz yaşları" filminin çəkilişi zamanı aldığı kəllə-beyin travması nəticəsində yaranıb.

Ailəsi Hollivud ulduzunun qayğısına qalır. O, ikinci həyat yoldaşı Emma Heminq və cütlüyün iki qızı: 10 yaşlı Meybl Rey və az qala 8 yaşı olan Evelin Penn ilə vaxt keçirir.

Böyük qız valideynlərinin fotosunu çəkib, Emma Heming “Instagram”da bu yazı ilə paylaşıb: “Ana və ata sevimli məkanda” və “əlçatmaz” kimi tərcümə olunan #offthegrid hashtagını əlavə edib.

Heminq və Uillis 2009-cu ildə evləniblər; model aktyordan 24 yaş kiçikdir. Brüs Uillis əvvəllər Demi Mur ilə evli olub. Bu evlilikdən üç böyük qızı var.
“People” jurnalına müsahibəsində Heminq və Uillisin yaxın dostu aktyorun diaqnozunun həyat yoldaşı üçün şok olduğunu deyib:

“Brüs Emmadan böyük olduğundan onun səhhətinin ondan daha tez pisləşə biləcəyini bilirdilər. Ancaq diaqnoz onun üçün dünyanın sonu oldu. Onun üçün həyat yoldaşının səhhətinin və vəziyyətinin pisləşdiyini görmək çətindir. Üstəlik, onların qızları hələ balacadır”. 

Bununla belə, o əlavə edib ki, Heminq daim Uillisə özünü yaxşı hiss etdirməyə çalışır.

“Emma daim ona kömək edə biləcək ən yaxşı mütəxəssislər və həkimlərlə işləyir. Evdə olmadığı zaman Brüsün təhlükəsizliyinə diqqət yetirən köməkçisi var”, - Emma ilə Brüsün ətrafındakı adam əlavə edib.

Afaziya nədir?

Afaziya beyin qabığında (və yaxud ən yaxın qabıqaltı bölgədə), beyinin sol yarımkürəsində yaranan artıq formalaşmış nitq pozğunluğudur  və özündə nitq fəaliyyətinin sistemli pozğunluqlarının bir neçə formasını ehtiva edir.

Sağlam insanda birdən yazı və ya oxuma problemi yarana bilər. Afaziya özü xəstəlik deyil, beyin zədələnməsi nəticəsində yaranan əlamətlər qrupudur. Təəssüf ki, birdən baş verə bilər və ya əldə edilə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3231
avatar

Oxşar yazılar