75 qadınla yatan kişi hamısını  “meymun çiçəyi”nə   yoluxdurdu
17 iyul 2024 16:41 (UTC +04:00)

75 qadınla yatan kişi hamısını “meymun çiçəyi”nə yoluxdurdu

2022-ci ildə İrlandiyada başlayan “meymun çiçəyi” epidemiyası ilə bağlı aparılan araşdırma infeksiyanı aktiv şəkildə yayan bir şəxsi müəyyən edib.

Lent.az xarici mediaya istinadən bildirir ki, araşdırmanın nəticələrinə görə, 2022-ci ilin mayından 2023-cü ilin mayına qədər İrlandiyada 229 nəfərdə “meymun çiçəyi” aşkar edilib. Onların hər onda biri xəstəxanaya yerləşdirilib.

Orta hesabla xəstələrin infeksiyadan 21 gün əvvəl iki cinsi partnyoru olub. Qurbanlardan yalnız biri bu müddət ərzində 75 nəfərlə yatmağı bacarıb. Onların hamısı “meymun çiçəyinə” yoluxub.

Araşdırmada xəstələrin 46 faizinin 35 yaşdan aşağı olduğu qeyd edilib. Xəstəliyə yoluxanların maksimum yaşı 68-dir. Xəstələrin üçdə ikisi İrlandiya sakinləri, üçdə birindən bir qədər az hissəsi Latın Amerikasından gələnlərdir.

İrlandiyada “meymun çiçəyi” epidemiyası 2022-ci ilin yayında pik həddinə çatıb, bundan sonra xəstələrin sayı kəskin şəkildə azalıb.

“Meymun çiçəyi” bədəndə xarakterik səpkilərlə müşayiət olunan virus xəstəliyidir. Birbaşa təmas və hava-damcı yolu ilə ötürülə bilər. İlk infeksiya 2022-ci il mayın 7-də Nigeriyadan qayıdan britaniyalıda aşkar edilib.

Bundan sonra bir sıra başqa ölkələrdə də yoluxma halları qeydə alınıb.

İnfeksiyanın əsas əlamətləri - qızdırma və səpgilərlə müəyyən edilə bilər. Səpgilər bədənin hər yerində görünə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864
avatar

Oxşar yazılar