19 yaşlı qızın yataqxanada meyiti tapıldı: Qatil kim çıxsa yaxşıdır?
08 aprel 2025 10:56 (UTC +04:00)

19 yaşlı qızın yataqxanada meyiti tapıldı: Qatil kim çıxsa yaxşıdır?

İnterpol, 1984-cü ildə Almaniyada baş vermiş 19 yaşlı Maria Köhlerin qətli ilə bağlı əsas şübhəli hesab edilən 66 yaşlı Nazmi Gezginci haqqında qırmızı bülleten axtarış elan edib.

Lent.az xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.

1984-cü ildə Maria Köhlerin qətli

30 iyul 1984-cü ildə Almaniyanın Aschaffenburg şəhərində xəstəxana yataqxanasında yaşayan və tibb bacısı təhsili alan 19 yaşlı Maria Köhler işə getmədikdə, vəziyyət dərhal aidiyyəti orqanlara bildirildi. İki gün sonra onun cəsədi yataqxanadakı otağında tapıldı. Araşdırmalar nəticəsində Köhlerin boğularaq öldürüldüyü müəyyən edildi.

Əsas şübhəli: Nazmi Gezginci

O dövrdə aparılan istintaq nəticəsində şübhələr Maria Köhlerin keçmiş sevgilisi, o zaman 25 yaşında olan Nazmi Gezgincinin üzərində cəmləndi. Polis, Gezgincinin hadisədən bir gün sonra Almaniyanı tərk edərək Türkiyəyə qaçdığını müəyyən etdi. Almaniya onun haqqında həbs qərarı çıxararaq beynəlxalq axtarış elan etsə də, Gezginci tapılmadı.

İşin yenidən açılması və yeni araşdırmalar

Aschaffenburg Kriminal Polisi və Prokurorluğu 40 il əvvəlki bu işi yenidən araşdırmağa başladı. Yeni dəlillər və şahid ifadələri üzərində işləyən mütəxəssislər, keçmişdə toplanan sübutları müasir metodlarla yenidən təhlil edirlər. Rəsmilər, şübhəlinin yenidən Almaniyaya qayıtmış ola biləcəyini də nəzərə alırlar. Aschaffenburg Baş Prokuroru Jürgen Bundschuh, Almaniyada qətl cinayətlərində müddətin keçmədiyini xatırladaraq, 5 mart 2025-ci ildə Almaniyanın məşhur cinayət proqramı "Aktenzeichen XY"də bu hadisənin müzakirə edildiyini bildirdi.

İnterpolun qırmızı bülleteni

İnterpol, Nazmi Gezgincinin axtarışı üçün qırmızı bülleten yayımlayıb. İnterpolun internet saytında Gezgincinin köhnə bir fotosu, kimlik məlumatları, boyu, saç və göz rəngi kimi məlumatlar yer alır. Ayrıca, onun fərqləndirici xüsusiyyətləri arasında "sağ gözünün altında təxminən 1.5 santimetr uzunluğunda yara izi var" qeydi də göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272

Oxşar yazılar