Məzarda dəfn olunan sevgi, xoruz qonaqlığı, yarımçıq tale... – <span style="color:red;">Bizim filmlər
15 oktyabr 2019 10:40 (UTC +04:00)

Məzarda dəfn olunan sevgi, xoruz qonaqlığı, yarımçıq tale... – Bizim filmlər

“Kişi sözüfilmi Lent.az-ın “Bizim filmlər” layihəsində

 

“Kişi sözü” filmi 1987-ci ildə çəkilib. 32 ildir ki, ekranlardan düşmür, sevilərək baxılır və qəhrəmanlarının sözləri aforizmlərə çevrilib.

 

Hərçənd, film ekranlara çıxanda birmənalı qarşılanmamışdı. Filmi bəyənməyənlər, alınmadığını söyləyənlər də vardı.

 

Əməkdar incəsənət xadimi və əməkdar məşqçi (yeri gəlmişkən, ölkədə bu titulları eyni vaxtda daşıyan yeganə adamdır – R.Q.), kinorejissor Cahangir Mehdiyevin gənclik yaşlarında ərsəyə gətirdi “Kişi sözü” necə yarandı?

 

Cahangir Mehdiyev xoruzu necə banlatdı...

 

“Azərbaycan klassik ədəbiyyatını çox sevirəm, mənim qanımdadır. “Papaq” filmindən sonra hiss edirdim ki, ondan da milli bir film çəkməliyəm. “Kişi sözü” ifadəsi dilimizdə var, işlədirik və mentalitetimizin bir elementidir. Nədənsə bu söz ətrafında düşünürdüm və bu fikir məni İsi Məlikzadə ilə görüşdürdü. Dedim, elə bir ssenari istəyirəm ki, “O olmasın, bu olsun” kimi yaddaqalan olsun. Bizim milli kinematoqrafa düşsün. Bilirdim ki, mən çox film çəkməyəcəm, az olacaq, heç olmasa yaddaqalan olsun. Bir müddət sonra İsi Məlikzadə “Kişi kimi” adında bir ssenari gətirdi. Dedim, gəl bunu “Kişi sözü” eliyək. Mən də qollarımı çırmadım, birlikdə bu filmi ərsəyə gətirdik. Filmdə bir epizod var, xoruz banlayır, Qasım deyir ki, cinsi kişidir, əbəs yerə banlamaz. Onu da mən əlavə etmişəm, çünki kənd yerlərində özüm şahidi olmuşam ki, dünya dağılsa da xoruz səhər saatlarında banlayır, kişinin sözü bir olar. Xoruz sözə baxmırdı. İki obrazın - Qasımla Nəbi kişinin arasında durub banlamalı idi. Biz atırdıq stolun üstünə, o  qaçırdı. Axırda iki ayağından da tutub, möhkəm sıxdım və qoydum stolun üstünə, dedim, indi çəkin. Ayaqları necə keyidisə, xoruz tərpənə bilmədi. Banlamasını isə fonoqramla verdik, ta onu banlamağa da məcbur edə bilməzdım”...

 

Leyla Bədirbəyli Sənubəri dondurdu

 

Solmaz rolu Sənubər İsgəndərovanın kinoda ilk işidir: “İkinci kursda oxuyurdum, sınaq çəkilişlərinə dəvət etdilər, ümidsiz də olsam getdim. Çox böyük kastinq var idi, keçdiyimi eşidəndə inanmağım gəlmirdi. Çəkiliş prosesi çox gözəl ab-hava ilə yadımda qalıb. Bir gün rejissor assistenti dedi ki, gəl səni filmdəki ananla tanış edim. Mən də bilmirdim hələ anamı kim oynayacaq. Onun üçün xüsusi ayrılmış otağa girəndə qarşımda Leyla Bədirbəylini gördüm və ayaqlarım yerə yapışdı.  Baxdı mənə, dedi, hə, bu mənim qızım ola bilər. Bah, daha məni saxlamaq olar, sevincdən o gecəni yata bilməmişdim ki, Leyla xanım mənim haqqımda yaxşı fikir dedi”.

 

“İndi məni göstərəcəklər...” yaxud, “Qasım gəlir”

 

Qasım - Əjdər Həmidov: “Mən Sumqayıt teatrında işləyirdim, dram teatrına Mərahim Fərzəlibəyovla görüşməyə gəlmişdim, onu qapıda gözləyirdim. Gördüm, bir nəfər gözlərini zilləyib mənə. Baxdı, baxdı, sonra yaxınlaşıb özünü təqdim etdi ki, Cahangir Mehdiyevəm və məni kinostudiyaya sınağa çağırdı. Əvvəl getmək istəmədim, çünki ona qədər kino sınaqlarında olmuşdum, rejissorların peşəsidir, çağırırlar, sonra da yaddan çıxıb gedir. Sonra necə oldusa, getdim. Şəkil çəkildi, sonra da kino sınağı oldu, on gün sonra çağırdılar ki, çəkilirsən. Belə çəkildim, uğurlu da oldu, ondan sonra neçə-neçə filmlərə çəkilmişəm, amma hamının yaddaşında Qasımam ki, Qasım...”

 

Sonda xoruz şişlik olub

 

Çəkilişlər kənd Əhmədlidə olub. Kəndin ortasında boş meydanda mağaza, aptek quraşdırılıb. O cümlədən, xoruzun banlaması səhnəsi. Xoruzu isə kənddən tapıb gətirtdiriblər. Əhmədlidə bir qaboy çalan varmış, onun həyətindən. Qaboy çalan sənətkar həmkarlarına hörmət əlaməti olaraq çəkilişdən sonra xoruzu şişə çəkdirib, onlara qonaqlıq verib. Bəzi hissələr Masazır kəndində çəkilib, məsələn, heyvanat aləmi ilə olan səhnələr.

 

Şamaxıda - Çuxuryurdda göldə çəkilən səhnələr çəkilib. Qəbiristanlıq səhnəsi Şamaxıda Mirzə Ələkbər Sabir dəfn olunan qəbiristanlıqda lentə alınıb. Solmazla Qasımın səhnəsindən iki addım aralıda şairin məzarı idi. Qasım Solmaza olan məhəbbətini həmin məzarda dəfn edir. Yeri gəlmişkən, bu səhnə ssenaridə olmayıb. Onu rejissor özü əlavə edib. Rejissorun daha bir əlavəsi Solmazın kəndin ortasında ağırlıq qaldırması səhnəsi ssenaristi hövsələdən çıxardıb. Xeyli mübahisədən sonra rejissor dediyinin üstündə durub və kənd qızının kəndin ortasında ağırlıq, yəni ştanq qaldırması filmdə qalıb.

 

Filmdə daha bir epizod var. Kənddə yaşlı ərlə arvad şahmat oynayır. Bu yer də müəllifi qıcıqlandırmışdı. İsi Məlikzadə kənd mühitinə yaxşı bələd olduğundan bilirdi ki, kənd adamı, özü də kolxozçu uzaqbaşı nərd oynayar. Cahangir Mehdiyev isə onları şahmat oynatdırır, amma kişinin hirslənib şahmat taxtasını çevirməsi əsil Azərbaycan kişisinin jestidir. 

 

Rejissor etiraf edir ki, filmdə mübaliğə çoxdur, o qədər də hər dediyin sözə əməl etmək olmaz: “Qasım çox gənc yaşda olduğundan ona asan gəlir. Filmin ardı çəkilsə, Qasımda çox dəyişikliklər olduğunun şahidi olarıq. İndiyə qədər mesajlar alıram ki, niyə filmin ardı çəkilmir? Yadınızdadırsa, film tamamlanmır, ardını çəkməyə yeri var. Mənim obrazım - Niyaz üç yol ayrıcında qalır, Qasımın papağını bir cavan uşaq başına qoyur, Qasım özü atasının çomağını götürür. Təklifi çoxdan vermişəm, maraqlanan yoxdur”.

 

Filmin bəstəkarı Vasif Adıgözəlovdur. Mahnıların mətnini isə Ramiz Rövşən yazıb.

 

Rollarda Əjdər Həmidov (Qasım), Muxtar Avşarov (Ələmdar),

Cəvahir Bayramova (Nübar),Tələt Rəhmanov (Bayandur), Əfrasiyab Məmmədov (Nəbi), Cahangir Mehdiyev (Niyaz) ,Sənubər İsgəndərli (Solmaz) çəkiliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6659
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar

Sənubər İsgəndərova  və Ceyhun Mirzəyev "Fəryad" filmində

İsmayılın fəryadı, son hayqırtı, ikinci dəfə öldürülən Xocalı qurbanları – BİZİM FİLMLƏR

26 fevral 2021 , 10:40
Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

19 avqust 2020 , 10:15
Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

14 may 2020 , 12:13
Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

28 aprel 2020 , 11:36
Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

4 mart 2020 , 11:31
Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

5 fevral 2020 , 16:43
O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

24 dekabr 2019 , 10:00
Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

7 dekabr 2019 , 13:00