Samiraldo kimdir?  - "Acından ölməmək üçün "Samiraldo" oldum, məni buna cəmiyyət məcbur etdi"
03 iyun 2024 17:33 (UTC +04:00)

Samiraldo kimdir? - "Acından ölməmək üçün "Samiraldo" oldum, məni buna cəmiyyət məcbur etdi"

Lent.az “Bioqrafiya” rubrikasında “Samiraldo” kimi tanınan məşhur stilist Samir Əliyev haqqında məlumat verir.

- Samiraldo harada anadan olub?

Samiraldo Moskvada anadan olub.

- Samiraldo harada böyüyüb?

Samiraldo qüsurlu doğulub. Sonra onu Moskvadan Bakıya gətiriblər, internat evinə. O, dönəmlərdə məşhur stilist xəstə olub, heç ayaqqlarını belə hərəkət etdirə bilmirdi. Ailəsi isə ona sahib çıxıb, qoruyub-qollamaqdansa tərk edib.

- Samiraldo ailəsi ilə neçə illər sonra bir araya gəlib?

Samiraldonun ailəsi 40 ildən sonra ortaya çıxıb. Anası, bacısı, qardaşı... Ancaq, Samiraldo onların heç birini qəbul etməyib, hamısını silib.

- Əsl adı Samir olan stilistin "Samiraldo" adını seçməsinə səbəb nə olub?

Samirolda niyə bu adı seçdiyinə bu cür açıqlama verib:

“Samiraldonu özləri tələb ediblər. Mən Samir kimi heç kim idim. Samir kimi yaşamaq çətin idi. Mənim kimi o qədər insan var çöldə. Kimdi onlar? Necə qazanırlar? Mən stilistəm. Ölkədə ən bahalı stilist. Düzdü, indi stilist kimi qazanmıram”.

- Samiraldo internat evində böyüyərkən hansı çətin sınaqlardan keçib?

Məşhur stilist kimi tanınan əsl adı Samir Əliyev olan “Samiraldo” verdiyi müsahibələrin birində keçdiyi çətin həyat yolundan danışıb:

“Mən internat evində qalanda hələ SOVET vaxtları idi. Sizə deyim 80-ci illərin axrından. Mən 35 kilo çəkimlə un kisəsi daşıyırdım, küçələrdə yatırdım. Ailəm mənim taleyimlə oynadı. Çox pis oynadılar. İnternatda qalmaq elə bilirsən rahatdı? Özü də o vaxt lap çətin idi. Müdiriyyət erməni, müəllimlər erməni, işgəncə, aclıq. Sonra erməniləri rədd oldu, düzəldi bir az. O vaxtdan nifrət edirəm ermənilərə. Ayrı-seçkilik salırdılar. Rus, yəhudi, erməni uşaqları həmişə bizdən öndəydi. Bizə işgəncə edirdilər. Mən də xəstə, çəlimsiz uşaq. Gəzə bilmirdim. O vaxtdan düşmən bilirəm onları. Qul kimi baxırdılar bizə. Aşağılayırdılar. Onların uşaqlarının yeri cənnət idi sanki. Bizə necə gəldi baxırdılar, yola verirdilər. Mənim elə zamanlarım olub ki, aclıqdan yıxılmışam ürəyim gedib. O zamanlarda belə işləyirdim özümdən iki qat ağır un kisələri daşıyırdım. Ancaq pulda almırdım, onda belə gözüm yox idi. Sadəcə bir tikə, amma həqiqətən söz gəlişi yox bir tikə çörək üçün çalışırdım ki, təki ac qalmıyım. Bu çətin həyat, tənhalıq məni öz cənginə alıb ölümə sürükləməsin deyə. Xəstə idim, çox cılız uşaq idim amma mən Samir kimi, nədə “Samiraldo” kimi nə kiminsə haqqına girmişəm, nədə harama əl uzatmışam. Öz əməklərim ilə bugünə gəlib çıxmışam”.

- Samiraldonun sevdiyi bir qadın olub?

Samiraldo sevgi ilə bağlı bu sözləri bildirib:

“Sevgi bilmirəm nədi. Sevgi görməmişəm. Gərək adama sevgi verilə. Mən bilmirəm axı sevmək necə olur. Bəlkə də ən çox mən sevirəm? İnsanları sevirəm, yaxşılığı sevirəm... Amma hələ sevdiyim qadın olmayıb”.

- Samiraldo heç evlənməyi düşünüb?

Məşhur stilist “Samiraldo” kimi deyil də Samir kimi evlənməyi düşünüb:

“Samir kimi evlənmək istəyirəm. Amma Samiraldo imkan vermir. Düşünürəm ki, həyat yoldaşım, uşaqlarım gələcəkdə Samiraldo obrazından utanacaq. Heç kimi utandırmaq istəmirəm. Hələlik belə bir fikrim yoxdu. Ailəm üçün qorxuram. Qınaqdan qorxuram”.

- Samirolda niyə bu həyatı seçib?

“Samiraldonu özləri tələb ediblər. Mən Samir kimi heç kim idim. Samir kimi yaşamaq çətin. Mənim kimi o qədər insan var çöldə. Kimdi onlar? Necə qazanırlar? Mən stilistəm. Ölkədə ən bahalı stilist. Düzdü, indi stilist kimi qazanmıram. Evdə olanda Samir oluram. Çölə çıxanda Samiraldo. Düzü, arada Samiraldoya paxıllıq da edirəm. Komplekssiz, rahat yaşayır. Samir taledən əlil, fiziki problemli, keşməkeşli yaşantısı olan biri. O, Samiraldonu başa düşür. Mən quyudan birbaşa 17-ci mərtəbəyə qalxmışam. Samir kimi çoxdan yıxılardım ordan. Məni cəmiyyət məcbur etdi ki, belə bir obraz yaradım”.

- Samiraldo sosial şəbəkələrdən nə qədər qazanır?

"Instagram"da 340 min izləyicisi olan stilist Samiraldo hər paylaşım üçün minimum 200 AZN qazanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15096
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar