Üç it   mağazadan kukla oğurladı -  VİDEO
05 noyabr 2022 19:57 (UTC +04:00)

Üç it mağazadan kukla oğurladı - VİDEO

Muğlanın Bodrum rayonunda ticarət mərkəzində gəzən 3 itin oyuncaq mağazasına girərək kukla iti oğurladığı təhlükəsizlik kameralarına əks olunub.

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, Bodrumdakı “Oasis” ticarət mərkəzinə girən 3 it buradakı oyuncaq satılan əraziyə gəlib. Sahibsiz itlərdən biri qapının qarşısında gözləyərkən, digər 2-si içəri girib. İtlərdən biri oyuncaq iti oğurladıqdan sonra hər üç it tez bir zamanda mağazadan qaçıblar. Həmin anlar təhlükəsizlik kameralarına düşüb. İtlərin oyuncaq oğurlaması mağazanın əməkdaşlarının təhlükəsizlik kameralarına baxarkən üzə çıxıb. İtlərin peşəkar oğrular kimi oyuncaq oğurlaması mağaza işçilərini şoka salıb.

İşçilərdən Faruk Can, itlərin oyuncaq oğurlamasından şoka düşdüyünü iddia edərək, “3 it gəldi, biri çöldə idi, digəri içəri girirdi. Həmin vaxt müştəri ilə iş görürdük və o biri it oyuncaq oyuncaq iti götürdü və üçü də tez ərazidən uzaqlaşdı. Tutmağa çalışdıq, amma sındırdılar. Daim gələn itlərin qarşısını əvvəl 3-4 dəfə aldıq, bu dəfə ala bilmədik. Aldıqları təmtəraqlı it oyuncağının qiyməti 300-400 lirə civarında idi”.


 

Üç it mağazadan kukla oğurladı

# 2682
avatar

Oxşar yazılar