İranda toqquşmalar davam edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Tehranda qəzəbli etirazçılar polis avtomobilini aşırıb.
Etirazçılar “Diktatora ölüm, diktatora ölüm! Ar olsun, ar olsun! Qeyrətsiz rəhbərimizə ar olsun!” şüarları səsləndiriblər.
Xatırladaq ki, bir neçə gün öncə İranın “Əxlaq” polisi tərəfindən Məhsa Əmini adlı 22 yaşlı günahsız gənc qızın hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilməsinə qarşı bütün ölkə ərazisində əhali etiraz yürüşləri keçirir. Polis etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə edir. Hazırda bu səbəbdən ölkənin bir neçə şəhərində etirazlar davam edir.
Ödürülən qadın Məhsa Əmini