Hitler sualtı qayıqla Argentinaya qaçıb? -  İDDİALAR   -  VİDEO
15 noyabr 2022 19:22 (UTC +04:00)

Hitler sualtı qayıqla Argentinaya qaçıb? - İDDİALAR - VİDEO

İkinci dünya müharibəsi dövründə on milyonlarla insanın ölümünə səbəb olmuş Almaniya milli-sosialist fəhlə partiyasının rəhbəri Adolf Hitlerlə bağlı hər dəfə yeni iddialar ortaya çıxır. Bunlardan biri də argentinalı yazıçı Abel Bastinin səsləndirdiyi bəyanat idi. O iddia edirdi ki, Adolf Hitler 1945-ci ildə intihar etməyib və Argentinaya qaçıb. Hətta onun iddiasına görə, Hitler sualtı qayıq vasitəsilə oraya gedib və izlərin itirilməsi üçün sahilə çatan kimi qayıq partladılıb.

Bu günlərdə 1945-ci ildə Hitlerin Latın Amerikasına qaçmasına şərait yaradan həmin sualtı qayığının yeni fotoları ortaya çıxıb.

Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Argentinanın Kequena limanı sahillərində tapılan 80 metrlik sualtı qayığı batması Eslabon Perdido tədqiqat qrupunun dalğıcları  aşkar edib.

Mütəxəssislər onun həqiqətən İkinci Dünya Müharibəsindən qalma alman sualtı qayığı olduğunu təsdiqləyiblər:

“Qayıqda tapılan cədvəl sarı rəngdədir. Bu, hər sualtı qayıqda belədir. Hər bir cədvəl və ya hansısa mühüm element sarı fonda hazırlanır”,- tədqiqatçı bildirib.

Onun sözlərinə görə, bunun başlıca səbəbi suyun altında görünən yeganə rəngin sarı olmasıdır.

Məlumata görə, qayığın idarəedici hissəsi ciddi zədələnib və dağılıb. Şəkillərdə ən çox diqqət çəkən hissələrdən biri də dalğalar üçün quraşdırılmış deflektordur.

Sualtı qayığın unikal dizayna malik olması da nəzərə çarpır. Alman üsulu bu nəqliyyat vasitəsini Britaniya sualtı qayıqları ilə qarışdırmaq olmaz. Çünki onlar tamamilə fərqlidirlər.

Həmin sualtı qayığın görüntülərini təqdim edirik: 

# 2826
avatar

Sevinc Fərid

Oxşar yazılar

Xoyda zəlzələdən zərərçəkənlərə qurdlu xurma paylandı - VİDEO

Xoyda zəlzələdən zərərçəkənlərə qurdlu xurma paylandı - VİDEO

7 fevral 2023 , 00:22
Suriyanın Harem bölgəsi bu vəziyyətə DÜŞDÜ - VİDEO

Suriyanın Harem bölgəsi bu vəziyyətə DÜŞDÜ - VİDEO

6 fevral 2023 , 19:01
Dünya belə dəhşət görmədi : Türkiyədən daha bir zəlzələ videosu

Dünya belə dəhşət görmədi: Türkiyədən daha bir zəlzələ videosu

6 fevral 2023 , 15:25
Diyarbəkir  YENİDƏN SİLKƏLƏNDİ:  19 bina çökdü, 22 ölü - Sakinlər lent.az-a danışdı

Diyarbəkir YENİDƏN SİLKƏLƏNDİ: 19 bina çökdü, 22 ölü - Sakinlər lent.az-a danışdı

6 fevral 2023 , 15:05
Türkiyədə zəlzələ az imiş kimi şiddətli QAR YAĞDI  - VİDEO

Türkiyədə zəlzələ az imiş kimi şiddətli QAR YAĞDI - VİDEO

6 fevral 2023 , 14:45
Oğlu dağıntılar altında qalan atanın fəryadı

Oğlu dağıntılar altında qalan atanın fəryadı

6 fevral 2023 , 14:13
Türkiyədə 7 yaşlı uşaq 7 saat sonra XİLAS EDİLDİ  - VİDEO

Türkiyədə 7 yaşlı uşaq 7 saat sonra XİLAS EDİLDİ - VİDEO

6 fevral 2023 , 12:32
Türkiyədən daha bir DƏHŞƏT:  Bina belə çökdü ANBAAN VİDEO

Türkiyədən daha bir DƏHŞƏT: Bina belə çökdü ANBAAN VİDEO

6 fevral 2023 , 12:18