Dünyada fərqli, maraqlı restoranlar fəaliyyət göstərir. Hər kəsin qonaq olmaq istədiyi bu restoranlarda vampir, köpək balığı, robotla qarşılaşa bilərsiniz.
Lent.az xarici KİV-ə istinadən dünyanın maraqlı restoranlarını təqdim edir:
Vampir restoran
Yaponiyada olan bu restoran qorxulu filmləri xatırladır. İşıqlandırma üçün ancaq şamlardan istifadə olunur, divarda qırıq güzgülər, qurudulmuş yarasa və toyuq sümükləri ilə dekor edilib. Hətta menyu belə lənətlənmiş kitabı xatırladır. Servis edilən hər bir yemək və içki konseptə uyğun olaraq qorxulu şəkildə təqdim edilir. Burada xidmət göstərən ofsiantlar da vampirlərə oxşayır.
Dənizaltı restoran
Maldivlərdə yerləşən bu restoran okeanın altında inşa edilib. Yeməyinizi yeyərkən rəngli balıqları izləyə və dekordakı ayna ilə isə nə qədər dərinlikdə olduğunuzu görə bilərsiniz.
Dönən çarx
Sinqapurda yerləşən bu restoran həyacan sevənlər üçün hazırlanıb. Hər kabinetində ayrıca xidmət göstərən şəxs var. Ən yüksək nöqtəsi 165 m-dir və buradan şəhər mənzərəsi aydın görünür. Dönən çarx bir saatda 2 dəfə fırlanır.
Çılpaq restoran
Burada geyim qadağandır. Londanda olan restoranın məqsədi insanları diqqət mərkəzlərindən uzaq tutaraq, yeməklərin dadını hiss etdirməkdir. Restorana daxil olan zaman soyunma otağına keçib, bütün paltarları soyunduqdan sonra masaya əyləşməyə icazə verilir.
Robot restoran
Bu restoranda müştərilərə ofsiant kimi robotlar xidmət göstərir. Çində bu tip restoranlar məşhurdur.
Ürək–dammar xəstəliyi restoran
Las-Veqasdakı hamburger restoranında müştərilər xəstəxana paltarında, xidmət göstərən qadınlar isə tibb bacısı geyimində olur. Buradakı hamburgerlər 4-8 qatlıdır. Qidaların kalorisi müştəridə ürək-damar xəstəliyi yarada bilər.
L-3842
Restoran Fransanın Alp dağlarında, dəniz səviyyəsində 3842 m yüksəklikdə yerləşir. Müştərilər bura kanat vaistəsilə gəlirlər. Balaca restoranın mənzərəsi hər kəsi heyrətləndirir. Bundan əlavə, restoranda süşədən eyvan var.
Qaranlıq restoran
Bu tip restoranlar Avropada məşhurdur. Heç bir işıq olmayan resorana daxil olmadan öncə sifarişlər edilir və ofisiantlar masaya əyləşməkdə müştərilərə kömək edir. Xidmət göstərənlər gözdən əlildilər, ya da qaranlıq gözlükdən istifadə edirlər.
Köpək balığı restoran
İngiltərədə restoran kimi istifadəyə verilən gəmiyə köpək balıqlarının olduğu akvarium yerləşdirilib.
Göyüzü restoran
İlk dəfə Belçikada olan bu tip restoran 50 m yüksəklikdə açıq havada fəaliyyət göstərir. Burada ofsiantlar və barmenlər də sizinlə birgə masaya əyləşirlər. Əyləncəli və eyni zamanda həyacanlı restoran hər kəsin marağına səbəb olur.