Ad günü tortunu kəsdi, həbs etdilər - SƏBƏB   - VİDEO
26 noyabr 2022 17:42 (UTC +04:00)

Ad günü tortunu kəsdi, həbs etdilər - SƏBƏB - VİDEO

Braziliyada gənc oğlan 18 yaşı tortunu kəsdikdən sonra həbs olunub.

Lent.az xəbər verir ki, sosial şəbəkələrdə görüntülər paylaşılıb. Belə ki, həmin oğlan əvvəllər dəfələrlə oğurluqlar edib. Yerli polis yeniyetmənin yaşı cinayət işin açılmasına uyğun olmadığı üçün onu bir neçə il gözləyiblər.

Nəhayət həmin məşhur oğrunun 18 yaşının tamamında, elə tort kəsdiyi mərasimdə polislər də iştirak ediblər. Bu isə gənc oğlanın qanını əməlli başlı qaraldıb.

Məlumata görə, oğru tortu kəsdikdən sonra həbs edilib.

# 3666
avatar

Oxşar yazılar