“Xiaomi” Mix Fold 2 smartfonunu təqdim edib.
Lent.az xəbər verir ki, bu barədə “Engadget” məlumat yayıb.
Yeni cihaz menteşə ilə birləşdirilmiş iki yarımdan ibarətdir. Qatlanan zaman cihazın korpusunun qalınlığı 11,2 millimetr, açıldıqda isə 5,4 millimetr təşkil edir.
Şirkət nümayəndələrinin sözlərinə görə, yeni menteşə cihazın qapılarını bir-birinə daha möhkəm basmağa imkan verir. Əsas OLED ekranı 2016x1914 piksel təsvir ölçülü 8,02 düym diaqonala və 2520x1080 piksel təsvir ölçüsünə malik əlavə 6,56 düyümlü ekrana malikdir.
“Xiaomi Mix Fold 2”nin arxasında “Leica”dan bir kamera var. O, orijinal və canlı rejimləri ilə 50, 13 və 8 meqapiksel təsvir ölçülü üç linzaya malikdir. Ön tərəfdə 8 meqapiksellik selfi kamerası var.