“Whatsapp”da YENİ FUNKSİYA:  nömrələri gizlətmək olacaq
09 avqust 2022 09:43 (UTC +04:00)

“Whatsapp”da YENİ FUNKSİYA: nömrələri gizlətmək olacaq

Dünyanın ən çox istifadə olunan mesajlaşma proqramı “Whatsapp” yeni funksiyasını tezliklə təqdim edəcəyini açıqlayıb. 

Lent.az xəbər verir ki, bu barədə “Wabetainfo” saytı məlumat yayıb. 

Məlumata görə, messencer Android istifadəçilərinə öz nömrələrini digərlərindən gizlətmək imkanı yaradacaq. Hazırda bu yeni funksiya sınaqdan keçirilir və hazırlanma mərhələsindədir. Onun hamı üçün aktiv olub olmayacağı bilinmir. 

Bu yenilik əsasən hər hansı qruplarda olanda lazım olacaq. Belə ki, tanımadığınız digər qrup üzvlərindən rahatlıqla nömrənizi gizlədə biləcəksiniz. 

Xatırladaq ki, bu funksiya artıq uzun müddətdir ki, “Telegram” messencerində aktivdir. 


 

# 5367
avatar

Sevinc Fərid

Oxşar yazılar