İşığın insan əhval-ruhiyyəsinə TƏSİRİ
09 iyul 2022 17:42 (UTC +04:00)

İşığın insan əhval-ruhiyyəsinə TƏSİRİ

İnsanların əhval-ruhiyyəsini göstərən neyronlar aşkar edilib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Braun Universitetinin alimləri işıq səviyyələri ilə bağlı əhval-ruhiyyənin dəyişməsinə cavabdeh olan neyronları kəşf ediblər. 

Tədqiqat qrupu 20 sağlam xəstə üzərində funksional MRT aparıb. İştirakçılar işığı yayan və ətrafdakı obyektlərin rəng, formalarını ayırd etməyi çətinləşdirən eynək taxıblar. Və onlar dörd müxtəlif səviyyəli işıq intensivliyinə məruz qalıblar. Bu 30 saniyə davam edib. 

MRT nəticələri göstərib ki, beyinin psixologiyasının və əhval-ruhiyyəsinin aid olduğu 26 sahə işıq intensivliyinə həssasdır.

Qeyd edək ki, gələcək tədqiqatlarda alimlər işığın emosional pozğunluğu olan insanların beyninə necə təsir etdiyini öyrənmək istəyirlər. Onların fikrinə görə, bu, emosional cəhətdən qeyri-sabit insanlar üçün mümkün müalicə variantlarının axtarışında kömək edə bilər.

# 4335
avatar

Aytəkin Cəlali

Oxşar yazılar