“Iphone 14 Pro” rekord qiymətə   satılacaq
04 iyul 2022 13:29 (UTC +04:00)

“Iphone 14 Pro” rekord qiymətə satılacaq

“Iphone 14 Pro” smartfonları rekord qiymətə çatılacaq. 

Lent.az  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məşhur insayderlərdən biri öz rəsmi “Twitter” hesabında bildirib. 

Onun sözlərinə görə, 128 GB yaddaşa malik “IPhone 14 Pro”nun qiyməti 1099 dollar olacaq. İndiki “Iphone” modelləri ilə müqayisədə smartfonun qiyməti 100 dollar bahalaşacaq. 

Əgər “Apple” şirkəti qiymətləri həqiqətən qaldırsa, bu zaman seriyanın ən bahalı modeli 1699 dollar olacaq. 

Qeyd edək ki, “Iphone 14” smartfonlarının bu ilin sentyabr ayında satışa çıxarılacağı gözlənilir. 
 

# 5379
avatar

Sevinc Fərid

Oxşar yazılar