"Google" naviqasiya sistem olan YENİ EYNƏYİNİ  test ediləcək
21 iyul 2022 19:29 (UTC +04:00)

"Google" naviqasiya sistem olan YENİ EYNƏYİNİ test ediləcək

Ortaya çıxmış məlumatlara görə Google şirkəti artırılmış reallıq özəlliyinə sahib yeni eynəklər üzərində çalışır və artıq yaxın zamanda onun testinə start verəcək.

Lent.az "technote"a istinadən xəbər verir ki, bundan əlavə olaraq Google Glass-ın davamçısı olacaq yeni cihazın bəzi texniki imkanları da məlum olub. Görünür, bu dəfə yeni eynəyi adi eynəkdən fərqləndirmək qəliz məsələ olacaq. Şirkət təmsilçilərinin verdikləri məlumata əsasən hazırlanan yeni eynəyin çalışan prototiplərindən biri xarici görünüşcə adi eynəyi xatırladır. Lakin buna baxmayaraq o, linzaya inteqrasiya edilmiş ekrana sahibdir. Bundan əlavə olaraq eynək kameralar və mikrofonlarla təchiz olunub. Məlumatda qeyd edilib ki, kameralar və mikrofonlar çəkiliş üçün nəzərdə tutulmayıb.

Belə ki, onlar mətnlərin təyin edilməsində və təyin edilmiş mətnlərin lazımi dilə tərcümə edilməsində istifadə ediləcəklər. Bundan əlavə olaraq hazırlanan yeni eynək naviqasiya sisteminə sahib olacaq və bu halda istifadəçiyə lazım olacaq marşrut eynəyin ekranında əks olunacaq. Məlumata əsasən yeni eynəyin testlərinə artıq gələn ay start veriləcək və testlər ABŞ-ın bəzi regionlarında müxtəlif hava şəraiti çərçivəsində reallaşdırılacaq. Testlər həm şəhər küçələrində həm də ictimai yerlərdə aparılacaq. Məlumatda qeyd edilib ki, eynəkdə çəkiliş özəlliyinin olmamasına baxmayaraq o, ətrafdakıları öz kameralarının aktivlikləri barəsində məlumatlandıracaq. Google şirkətinin yeni AR cihazının final dizaynı hələ bəlli deyil. Bu cür eynəyin satışa nə zaman çıxacağı da bilinmir.

# 2913
avatar

Oxşar yazılar