Çox pula  qənaət   edəcəksiniz: ən az  yanacaq işlədən   10 maşın - SİYAHI
23 fevral 2025 13:06 (UTC +04:00)

Çox pula qənaət edəcəksiniz: ən az yanacaq işlədən 10 maşın - SİYAHI

Krossoverlər dünyanın bir çox ölkələrində minik avtomobillərinin ən populyar növlərindən biri olaraq qalır. Sürücülər bu cür avtomobilləri praktikliyi və universallığı üçün qiymətləndirirlər. Bununla belə, bu modellər tez-tez kiçik avtomobillərdən daha yaxşı yanacaq qənaətinə malikdir.

Lent.az-ın xarici mediaya istinadla xbərinə görə, "What Car"ın britaniyalı ekspertləri ən qənaətcil müasir krossoverləri müəyyənləşdirib. Bu modellərdə çox az yanacaq sərfiyyatı var ki, bu da sürücüləri xoş mənada təəccübləndirəcək.

Ekspertlərin sözlərinə görə, istehsalçıların yanacaq sərfiyyatı ölçmələrində göstərilən rəqəmlər çox vaxt real göstəricilərə uyğun gəlmir. Buna görə onlar öz testlərini edirlər.

Ekspertlər avtomobillərin yanacaq sərfiyyatını laboratoriya şəraitində yoxladıqlarını paylaşıblar. Bu testlər şəhər və kənd yollarını, eləcə də magistral yolları əhatə edən real sürücülük marşrutunu təqlid edir.

Testdən əvvəl hər bir avtomobil çəkilir və təkərlər istehsalçının tövsiyə etdiyi səviyyəyə qədər şişirilir. Bundan əlavə, iqlim nəzarəti 21 dərəcə Selsi və ya orta kondisioner şkalasına təyin edilb. Bütün digər elektrik avadanlıqları söndürülür.

Ən az yanacaq sərf edən 10 avtomobil:

1. Toyota Yaris Cross 1.5 Hybrid – 100 kilometrə 4,7 litr.

2. Suzuki Ignis 1.2 Dualjet Hybrid – 100 kilometrə 4,8 litr.

3. Renault Kadjar 1.5 dCi 110 – 100 kilometrə 5,1 litr.

4. Nissan Qashqai 1.5 dCi 110 – 100 kilometrə 5,5 litr.

5. Kia Sportage 1.7 CRDi – 100 kilometrə 5,5 litr.

6. Volkswagen Taigo 1.0 TSI 95 - 100 kilometrə 5,6 litr.

7. Seat Ateca 1.6 TDI 115 - 100 kilometrə 5,6 litr.

8. Kia Niro 1.6 Hybrid - 100 kilometrə 5,6 litr. 

9. Toyota RAV4 2.5 Hybrid - 100 kilometrə 5,8 litr.

10. Mazda CX-5 2.2d 150 - 100 kilometrə 5,9 litr.

Hibrid krossover Toyota Yaris Cross 1.5 Hybrid ən qənaətcil müasir krossover olub. Ekspertlər vurğulayıblar ki, model hətta istehsalçının bəyan etdiyi yanacaq sərfiyyatı göstəricilərini də keçə bilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2447

Oxşar yazılar