Bu ölkədə üz tanıma texnologiyasından istifadə edilir - İnsanlar həbsə atılır
15 yanvar 2025 10:57 (UTC +04:00)

Bu ölkədə üz tanıma texnologiyasından istifadə edilir - İnsanlar həbsə atılır

ABŞ-da polis süni intellektlə işləyən ''Sifətin tanınması'' texnologiyasından istifadə edərkən şübhəliləri digər sübutları araşdırmadan saxlayır.
Lent.az xəbər verir ki, Washington Post (WP) yazdıır ki, polis başqa sübutları nəzərə almadan və təfərrüatlı araşdırmalar aparmadan yalnız süni intellekt vasitələrindən istifadə edərək hərəkət edir və buna görə də vətəndaşları haqsız yerə həbs edir.
Bildirilib ki, polis sübut olunmamış üz tanıma texnologiyasını “şübhəliləri tapmaq və yaxalamaq üçün asan yol”-a çevirib.

Hesabatda qeyd edilir ki, çox az polis idarəsi bu texnologiyadan istifadələrinin qeydlərini aparır.

WP 23 polis idarəsinin müfəssəl qeydlərini nəzərdən keçirib. Bildirilir ki, 12 ştatda 15-ə yaxın idarə yetərli sübut olmadan üz tanıma texnologiyasından istifadə edərək şübhəli şəxsləri həbsə atıb. Bu vəziyyətə görə indiyədək ən azı 8 nəfərin haqsız yerə həbs edildiyi bildirilir. Polisin barmaq izlərinin müqayisəsi və ya DNT-nin yoxlanılması kimi doğrulama üsullarına əl atmadan, süni intellekt dəstəkli üz tanıma texnologiyasında “100 faiz” uyğunluğu tapdıqdan sonra hərəkətə keçdiyi bildirilir.

Bildirilir ki, 8 hadisədən 6-da polis şübhəlilərin ifadələrini ətraflı araşdırmayıb. Səkkiz hadisədən ikisində idarələr öz daxili qanunlarına zidd olan qadağalara məhəl qoymadılar. Bundan başqa, şahid ifadələrinin lazımi diqqətlə alınmadığı, şübhəlilərin fiziki xüsusiyyətlərinin nəzərə alınmadığı, yaxud hadisə yerindən mühüm sübutların toplanmadığı yazılır.

Amerika polisi 6 yanvar 2021-ci ildə Konqres Binasına hücum da daxil olmaqla bir çox qarışıq cinayətin üstünü açmaq üçün üz tanımadan istifadə edib.

WP, texnologiyanın aydın fotoşəkillərdən istifadə edərək laboratoriya sınaqlarında demək olar ki, mükəmməl performans göstərdiyini, lakin real dünyada adekvat olmadığını vurğulayır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831
avatar

Oxşar yazılar