Amerikalılar kosmosa rus raketi  ilə qalxacaq
15 iyul 2022 20:43 (UTC +04:00)

Amerikalılar kosmosa rus raketi ilə qalxacaq

ABŞ Aerokosmik Agentliyi NASA Rusiya ilə birgə Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuş təşkil edəcəyini açıqlayıb.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, məqsəd stansiyada fəaliyyətin davamlılığını təmin etməkdir. Missiyalarda həm rus, həm də ABŞ raketlərindən istifadə ediləcək.

Sentyabrın21-də amerikalı astronavt Frank Rubio 2 rus kosmonavtla birgə BKS-ya “Soyuz” raketi ilə gedəcək. Eyni ayda stansiyaya yola düşəcək rusiyalı kosmonavt Anna Kikina və 2 amerikalı astronavtı isə stansiyaya “Crew-5” kosmik raketi qaldıracaq. 

2023-cü ildə də kosmik uçuşlarda hər 2 ölkənin istehsalı olan raketlərdən istifadə olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3504
avatar

Oxşar yazılar