Alma sigarişi ilə birgə gələn iPhone SE
19 aprel 2021 16:28 (UTC +04:00)

Alma sigarişi ilə birgə gələn iPhone SE

80 müştəri çaş-baş qaldı - Alma sifarış etdi iPhone gəldi

İngiltərədə supermarketin saytında alış-veriş edən 50 yaşlı Nick James, alma sifariş etdikdən sonra maraqlı sürprizlə qarşılaşıb.

Lent.az techland-a istinadən bildirir ki, sifariş verdiyi məhsulları almağa gedən müştəri birdən yeni iPhone SE ilə qarşılaşıb.

Sürprizindən xeyli təəccüblənən James xoşbəxtliyini bu sözlərlə dilə gətirib: "Çərşənbə axşamı onlayn sifarişimizi götürməyə getdik və gözlənilməz hədiyyə ilə qarşılaşdıq: Apple iPhone SE. "

Supermarket şəbəkəsinin bu şəkildə onlayn sifariş verən 80 fərqli müştəriyə hədiyyələr payladığı bildirilir. Paylanan hədiyyələr arasında AirPods və Galaxy Fit 2 kimi məhsullar da var.

# 2562
avatar

Oxşar yazılar