Zəngilanda qəzaya düşən Binəli Yıldırım və Şamil Ayrımla bağlı AÇIQLAMA
21 oktyabr 2022 09:35 (UTC +04:00)

Zəngilanda qəzaya düşən Binəli Yıldırım və Şamil Ayrımla bağlı AÇIQLAMA

Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycanda qəzaya düşüb.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütamadi həkim nəzarəti altındadırlar.

Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir.
 

# 3753
avatar

Fidan İlqar

Oxşar yazılar