Yol polisindən tur şirkətlərinə XƏBƏRDARLIQ
06 iyun 2024 12:16 (UTC +04:00)

Yol polisindən tur şirkətlərinə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi ölkədə tur səyahəti təşkil edənlərə xəbərdarlıq edib.

İdarədən Lent.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

"Hazırda səyahət məqsədilə regionlara təşkil olunan turların sayı mövsümlə əlaqədar olaraq əhəmiyyətli dərəcədə artmaqdadır. Belə səfərlər zamanı adətən qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin xidmətlərindən istifadə edilir. Lakin, təəssüf ki, əksər hallarda qeyri-müntəzəm daşımalar zamanı avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş və istirahət rejiminə nəzarət olunmur. Nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.

Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi  məqsədilə, fərdi qaydada ekskursiyalar təşkil edən şəxslərdən belə səfərləri yalnız bu sahədə ixtisaslaşmış turizm şirkətləri vasitəsilə həyata keşirmələri xahiş olunur.

Eyni zamanda, avtobus və mikroavtobus sahiblərinin, eləcə də onları idarə edən şəxslərin nəzərinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə respublikanın regionlarına qanunsuz daşımaların təşkil edilməsi hallarının aşkar ediləcəyi təqdirdə həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri barədə inzibati tənbeh tədbirləri görülücək.

Ümidvarıq ki, səyahətdən öncə sağlamlığını düşünən hər bir şəxs verilən tövsiyələrə biganə qalmayacaq, daha təhlükəsiz gəzintiyə üstünlük verəcək".

Qeyd edək ki, bu gün səhər saatlarında Cəlilabadda turistləri daşıyan mikroavtobus qəzaya uğrayaraq, aşıb. Nəticədə 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4971
avatar

Oxşar yazılar

Sabah  çimərliklərdə gözlənilən   hava şəraiti

Sabah çimərliklərdə gözlənilən hava şəraiti

16 iyul 2024 , 14:44
Təqaüdçülərə ŞAD XƏBƏR:  pensiyalar bu tarixdən ödəniləcək

Təqaüdçülərə ŞAD XƏBƏR: pensiyalar bu tarixdən ödəniləcək

16 iyul 2024 , 14:36
Meteohəssas insanlara hava XƏBƏRDARLIĞI

Meteohəssas insanlara hava XƏBƏRDARLIĞI

16 iyul 2024 , 13:39
Leysan yağacaq, sel gələcək  - HAVA XƏBƏRDARLIĞI

Leysan yağacaq, sel gələcək - HAVA XƏBƏRDARLIĞI

16 iyul 2024 , 12:48
Bakıda qrilin içindən qurd çıxdı

Bakıda qrilin içindən qurd çıxdı

16 iyul 2024 , 12:34
Dünən həlak olan hərbçimiz Zaqatalada dəfn edildi - FOTOLENT

Dünən həlak olan hərbçimiz Zaqatalada dəfn edildi - FOTOLENT

16 iyul 2024 , 12:30
Leysan yağacaq, dolu düşəcək  - Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

16 iyul 2024 , 12:21
Bakı metrosunda qatarlar yubandı

Bakı metrosunda qatarlar yubandı

16 iyul 2024 , 09:17