
Yol polisi bahalı maşınların "miqalkalarını" belə sökdü - VİDEO
Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhər ərazisində sayrışan işıqlardan istifadə edən, avtomobilə əlavə avadanlıq quraşdıran, eyni zamanda nömrəsiz maşın idarə edən sürücüləri saxlayıblar.
Lent.az avtosfer.az-a istinadla xəbər verir ki, 10 AS 225 dövlət nömrə nişanlı, BMW markalı avtomobilin sürücüsü maşının ön hissəsinə sayrışan işıqlar və səs siqnalı quraşdırıb.
99 HC 452 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü isə pultla idarə olunan sayrışan işıqları maşına quraşdırıb. 10 TK 060 dövlət nömrə nişanlı, "Lexus" markalı avtomobilin sürücüsü "miqalka"dan istifadə edib. 99 DS 506 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü polis avtomobillərinə məxsus olan sayrışan işığı maşının ön alın şüşəsinin ortasına quraşdırıb.
Aşkarlanan bütün avtomobillər duracağa yerləşdirilib və əlavə avadanlıqlar sökülüb. Sürücülər isə inzibati qaydada məsuliyyətə cəlb olunub.
Oxşar yazılar

Ən pis konservlər AÇIQLANDI
4 iyul 2025 , 11:59
Bu günün ən şanslı 3 BÜRCÜ: həyatınız çox yaxşılaşacaq - Siyahıdasınız?
4 iyul 2025 , 11:44
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL -VİDEO -YENİLƏNİB
4 iyul 2025 , 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
4 iyul 2025 , 11:21
Çiyələkdən kökələ bilərsiizmi? Sizi təəccübləndirə biləcək fakt
4 iyul 2025 , 11:14
Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı RƏSMİ AÇIQLAMA
4 iyul 2025 , 10:08
Yağış, GÜCLÜ külək - GÜNÜN HAVASI
4 iyul 2025 , 09:54