<b>Yağmursuz hava davam edəcək –</b> <span style="color:red;">15 dərəcə isti
28 noyabr 2016 12:23 (UTC +04:00)

Yağmursuz hava davam edəcək – 15 dərəcə isti

0

Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-14, Bakıda gecə 4-6, gündüz 12-14° isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar