Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə İmişlidə vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Keçiriləcək qəbulda Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Zərdab və İmişli rayon sakinləri iştirak edə bilərlər. Qəbul fevralın 28-i saat 11:00-da İmişli şəhər Gənclər Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Ağcabədi regional bölməsinə xahiş olunur. Bundan əlavə, Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Zərdab və İmişli rayon təhsil şöbələrində 18–27 fevral tarixində (şənbə, bazar günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək qəbula qeydiyyata alına bilərlər.
Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.