Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində artıq sosial evlər layihəsinin icrasına başlanılıb.
MİDA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, kompleksdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, normalara uyğun olaraq geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, məktəb, uşaq bağçası və sair sosial infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi nəzərdə tutulur.
Qeyd edək ki, “MİDA” MMC-nin sifarişi ilə çoxmənzilli binaların inşa olunacağı ilk yaşayış kompleksi Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə salınacaq.