Sınaq qiymətləndirmə ilə bağlı direktorlara <span style="color:red;">XƏBƏRDARLIQ
09 iyun 2014 10:26 (UTC +04:00)

Sınaq qiymətləndirmə ilə bağlı direktorlara XƏBƏRDARLIQ

Bakı Şəhəri Üzrə Təhsil İdarəsi iyunun 10-13-də keçiriləcək sınaq qiymətləndirmə ilə əlaqədar orta məktəb direktorlarına xəbərdarlıq edib. BŞTİ-dən Lent.az-a verilən məlumata  görə, Bakı şəhərində yerləşən dövlət ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun 2014-cü il tarixlərində müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi aparılacaq. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən son hazırlıqlar görülür, müəllimlərin qaynar xəttə etdikləri müraciətlər və İdarənin rəsmi “Facebook” səhifəsində verilən suallar cavablandırılır və bu barədə çıxan narahatlıqlar operativ olaraq aradan qaldırılır: “Əldə olunan məlumata görə, bəzi məktəb rəhbərliyində olan şəxslər Sınaq Qiymətləndirilməsinin nəticələrindən gələcəkdə müəllimlərə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklərini bildirirlər. Bununla əlaqədar bildiririk ki, əslində Sınaq Qiymətləndirilməsinin mahiyyəti, məqsədi müəllimləri hədə, qınaq obyektinə çevirmək yox, onların peşəkar inkişaf istiqamətlərini, karyera inkişafını müəyyənləşdirmək, nəticəyönümlü əməkhaqqı sistemini stimullaşdırmaq, təhsilverənin daim öz bilik və bacarıqlarını artırması üçün münbit şərait yaratmadır. Sınaq Qiymətləndirilməsinin nəticələrinə görə heç bir müəllim sistemdən kənarlaşdırılmayacaq”.

 

 

İdarədən bildirilib ki, Sınaq Qiymətləndirilməsindən keçməmə anlayışı yoxdur, çünki burada hər hansı bir keçid minimumu müəyyənləşdirilməyib. Aşağı nəticə göstərmiş müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaldırılması üçün müxtəlif mexanizmlər tətbiq ediləcək: “Neqativ halların araşdırılması və tədbirlərin görülməsi birbaşa Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir. Bildiririk ki, bu kimi mənfi hallara qarşı mövqeyimiz qəti və barışmaz olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1935

Oxşar yazılar