Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 4 Noyabr
04 noyabr 2016 20:22 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 4 Noyabr

Günün şərhi


Türkiyədə PKK terror təşkilatının siyasi qolu kimi tanınan HDP-nin liderlərinin həbsi sensasiya deyil. Bunun kökünü 2015-ci ilin yay aylarında baş verən hadisələrdə axtarmaq lazımdır. Həmin ilin iyununda keçirilən parlament seçkiləri ərəfəsində hökumətin kürd probleminin həlli ilə bağlı bir müddətdir apardığı “çözüm sürəci” deyilən sülh prosesi dayandı. Problemin siyasi yolla həlli cəhdi baş tutmadı və iyul ayının sonlarında PKK rəhbərliyi regionda yaranmış xaosdan da faydalanmaq istəyərək, terroru bərpa etməyə qərar verdi. Buna cavab olaraq dövlət 90-cı illərdə olduğu kimi, terrorçuları güc tətbiq edərək əzmək yoluna üstünlük verdi və ölkənin cənub-şərq vilayətində PKK-ya qarşı irimiqyaslı hərbi əməliyyatlar başladı. Parlamentdə deputat toxunulmazlığını ləğvi də bu yeni siyasətin məntiqi davamı idi. Elə o vaxt məlum idi ki, barəsində çoxsaylı cinayət işləri olan HDP millət vəkilləri toxunulmazlığın ləğvindən sonra istintaqa çağırılacaqlar və onların həbs olunması ehtimalı yüksəkdir. Hazırda bu proses başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 101
avatar

Oxşar yazılar