Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 31 Oktyabr
31 oktyabr 2016 20:22 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 31 Oktyabr

 

GÜNÜN ŞƏRHİ

 

Türkiyə ilə Rusiya arasında razılaşdırılan yol xəritəsi Suriya münaqişəsinin nizamlanmasına dair son beş ilin ən ciddi sənədi sayıla bilər. Moskva ilə Vaşinqton arasında bundan əvvəl iki dəfə razılaşdırılan, elə iki dəfə də pozulan razılaşma daha çox iki güc mərkəzinin maraqlarının balanslaşdırılmasını nəzərdə tuturdu. Ankara-Moskva razılaşması isə münaqişənin konkret həll formalarını nəzərdə tutur. Bu yol xəritəsinə daha çox Suriya, İran, Türkiyə və Rusiyanın bölgədəki maraqlarının ortaq məxrəci kimi baxmaq lazımdır. Sənədin ən mühüm tərəfi Türkiyə üçün qırmızı xətt hesab olunan məsələlərin Rusiya tərəfindən qəbul olunmasıdır. Özəlliklə bölgədə Türkiyə və Rusiyanın PKK terror təşkilatına qarşı birgə mübarizə aparması barədə razılıq mühüm əhəmiyyətə malikdir. Suriyada Əsəd rejiminin təsir dairəsinin sərhədlərinin müəyyənləşməsi də ciddi uğur sayıla bilər. Lakin bir müəmma var. Qərb bu razılaşmanın yerinə yetirilməsinə imkan verəcəkmi? Bu kontekstdə Türkiyəyə ABŞ tərəfindən ən müxtəlif problemlərin yaşadılacağı ehtimalı böyükdür. Elə Türkiyə-Rusiya münasibətlərində üçüncü tərəf vasitəsilə problemlər yaşanacağını da istisna etmək olmaz.

 

Vüqar MƏSİMOĞLU

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar