Əlillərlə bağlı qanunu pozan işəgötürənlərə qarşı tədbirlər görüləcək
03 dekabr 2014 13:40 (UTC +04:00)

Əlillərlə bağlı qanunu pozan işəgötürənlərə qarşı tədbirlər görüləcək

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin məşğulluğu ilə bağlı iki istiqamətdə işlər görür”. Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, işçilərin müəyyən hissəsinin sağlamlıq imkanları məhdud insanların olması tələb olunur: "Bu istiqamətdə nazirlik fəaliyyətini gücləndirəcək. Əmək qanunvericiliyi və “Məşğulluq haqqında” qanuna dəyişiklərin edilməsi işləri gedir. Bu tələbi yerinə yetirməyən işəgötürənlərə qarşı tətbiq olunacaq cərimələrin artırılması təklif  olunacaq. Hazırda bununla bağlı işlər gedir. Amma dünya təcrübəsi göstərir ki, əlillər üçün kvotadan daha çox  xüsusi iş yerlərinin açılması istiqamətində aparılan tədbirlər daha səmərəlidir. Çünki artıq burda onlar üçün xüsusi olaraq belə yerlər yaradılır və onlar burada çalışırlar. Bazar iqtisadiyyatında belə iş yerlərinin açılması, orada istehsal olunan məhsulların bazarda satılması imkanları olmur. Burada istehsal olunan məhsullar müəyyən rəqabət imkanlarına malik olmalıdır. Bu istiqamətdə də müəyyən tədbirlərin həyata keçirilməsi vacib olacaq. Eyni zamanda, biz hazırda sağlamlıq imkanları məhdud olan insanların işlə təmin olunması istiqamətində işlər həyata keçiririk. Bu il ərzində xeyli sayda əlilliyi olan insanlar işlə təmin olunub”.



Nazir vurğulayıb kİ, bütün hallarda dövlətin bu sahədə kvota nəzərdə tutan qanunvericiliyi varsa, bunun yerinə yetirilməsi vacibdir. “Artıq bu sahədə nəzarətin artırılması barədə Dövlət Əmək Müfəttişliyinə xüsusi göstəriş vermişik. Yaxın vaxtlarda bunun təsirli nəticələrini ictimaiyyət görəcək”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 122

Oxşar yazılar