<span style="color:red;">İT mütəxəssisi   Şəhriyar Rzayev: “Şübhələndiyiniz linkləri açmayın"
11 fevral 2015 11:24 (UTC +04:00)

İT mütəxəssisi Şəhriyar Rzayev: “Şübhələndiyiniz linkləri açmayın"

"Hər bir şey fərdi təhlükəsizlik qaydalarına riayət etməkdən başlayır, problemlər "Facebook" və ya hər hansı başqa sosial şəbəkədə yaranmır". Bu sözləri APA. Tv-nin “Səhər zəngi” verilişində qonaq olan APA Holdinqin İT departamentinin işçisi Şəhriyar Rzayev son vaxtlar sosial şəbəkələrdə yayılan spam videolarla bağlı danışarkən deyib.


Şəhriyar bəy bildirib ki, ümumiyyətlə, əgər hər hansı zərərli kod işlənirsə, bu, spam reklamların çıxmasına səbəb ola bilir. Hətta kompüteri yandıran kimi zərərli reklamlar görünə bilər. Sosial şəbəkələr geniş yayıldığına görə insanları, əsasən, məsələnin bu tərəfi maraqlandırır. İlk növbədə, 18+ və ya başqa bu növ linklərə maraq göstərmək tövsiyə olunmur. Belə videoların yayılması regionlara görə dəyişir. Məsələn, Türkiyədə əhalini xarakterinə uyğun olaraq bir cür, almanları isə başqa cür metodlarla cəlb edirlər. Sosial araşdırmalar nəticəsində hansı xalqın nəyə maraq göstərdiyini müəyyən etmək olur.
İT təmsilçisi zərərli linklərdən uzaq durmaq üçün məsləhətlərini də verib: “Link sizə tanış deyilsə, şübhəlidirsə, onu açmayın. Bunu müəyyən etmək üçün linkin adına diqqət etmək lazımdır. Adətən, belə linklərdə ad qısaldılır və domen adı olmur. Məsələn, APA.AZ yazılıbsa, aydın olur ki, bu, konkret domendi. Uzun adlar şübhə doğurmalıdır. Əgər şübhəli linkə daxil olsanız, bu zaman sizin "Facebook" səhifənizin kodu tələb olunacaq. Kodu yazmaqla siz həmin zərərli linki paylaşmış olursunuz, həm də sizin adınızdan dostlarınızı işarələməklə. Zəncirvari yayılmalar bu şəkildə baş verir. Bunun baş verməməsi üçün hər hansı proqramı yükləmədən öncə mütləq tələb və şərtlərlə tanış olmaq lazımdı. Elə proqramlar var ki, onlar sizin şəxsi məlumatlarınızı əldə etməklə yanaşı, icazəsiz istifadə etmək hüququna da malikdirlər. Viruslar daha çox "Windows" əməliyyat sisteminə bağlı qurğulara təsir göstərir. Səbəbi odur ki, dünyada ən çox istifadə olunan əməliyyat sistemi “Windows”dur. "Linux" əməliyyat sistemi daha təhlükəsizdir".

Verilişin digər qonağı müğənni Sevda Yəhyayeva da bu barədə fikrini bildirib. O deyib ki, tanınmış sima olduğu üçün adına sosial şəbəkələrdə bir çox səhifələr açsalar da, "Instagram" sosial şəbəkəsində özüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 102
avatar

Oxşar yazılar