Şəhid pilotumuz Təbrizin övladları ilə bağlı <span style="color:red;">YENİ XƏBƏR
18 aprel 2016 11:23 (UTC +04:00)

Şəhid pilotumuz Təbrizin övladları ilə bağlı YENİ XƏBƏR

 

Şəhid hərbi pilot, mayor Təbriz Musazadənin övladları Tayfun və Onurun ali təhsil və magistratura da daxil, bütün təhsilhaqqları Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən ödəniləcək.

 

Bu barədə Lent.az-a  Atatürk Liseyinin müdiri Ali Devrim məlumat verib. O bildirib ki, bu barədə vəqfin başqanı Közhan Yazqan tapşırıq verib.

 

Xatırladaq ki, ötən həftənin cümə günü Tayfun və Onurun təhsil aldığı  Türk Dünyası Bakı Atatürk Liseyində anım tədbiri keçirilmişdi. Həmin tədbirdə onların liseydəki təhsil haqlarından azad edildikləri elan edilmişdi ( Şəhid pilotumuzun övladları təhsil haqqından AZAD EDİLDİ ).

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar