Sabahın hava proqnozu: <span style="color:red;">38 dərəcə isti
27 iyun 2016 12:47 (UTC +04:00)

Sabahın hava proqnozu: 38 dərəcə isti

0

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata əsasən, mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 713

Oxşar yazılar