Noyabrın 04-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Sabah mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 6-9° isti, gündüz 11-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8° isti,gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11°isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, noyabrın 04-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 05-də mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.