Sabah qar yağacaq - <span style="color:red;">HAVA PROQNOZU
29 oktyabr 2016 12:36 (UTC +04:00)

Sabah qar yağacaq - HAVA PROQNOZU

0

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir, səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı ehtimalı var, srabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, havanın temperaturu gecə 8-10 dərəcə, gündüz  11-16 dərəcə olacaq. 

 

Bakıda gecə  8-10°, gündüz  14-16° olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 6-10°, gündüz 13-18°, dağlarda gecə 2° şaxtadan 3°-dək, gündüz 10-15° olacağı gözlənilir.

 

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti oktyabr ayının sonunadək davam edəcəyi gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 477

Oxşar yazılar