Sabah Azərbaycanda dəhşətli isti olacaq - DİQQƏT!
07 avqust 2017 12:37 (UTC +04:00)

Sabah Azərbaycanda dəhşətli isti olacaq - DİQQƏT!

 

Avqustun 8-ə olan hava proqnozu açıqlanıb. Lent.az Ekologiya Nazirliyinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif  şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə  23-26° isti, gündüz  36-41° isti olacaq. Bakıda gecə  24-26° isti, gündüz  38-40° isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  28-29°, Türkan, Hövsan, Sahil, Şıxda  29-30° isti təşkil edəcək.

 

Avqustun 8-9-da Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət günəş altında qalmaq risklidir.

 

Azərbaycanın rayonlarında yağmursuz, zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə  20-25°, gündüz  35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20°, gündüz  29-34° isti olacağı gözlənilir.

 

# 182
avatar

Oxşar yazılar