Rövnəq Abdullayevdən 850 minlik 8 MART HƏDİYYƏSİ
0
0
Bu il martın 1-dən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırılıb.
Lent.az “Report”a istinadən xəbər verir ki, bu barədə Şirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində qeyd edilib.
Bildirilib ki, bundan başqa, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın işçilərə 100 manat məbləğində mükafat təyin olunub.
Qeyd edək ki, SOCAR-da çalışan 51 min nəfərə yaxın işçinin 8500-ə yaxını qadındır.
0
0