2015/2016-cı tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi Səhiyyə Nazirliyində baş tutacaq.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, 2015/2016-cı tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində aşağıdakı cədvəldə verilən qrafik üzrə keçiriləcək.
Tarix və vaxt | İxtisas |
10 noyabr, 2016-cı il saat 9:30 |
Anesteziologiya-reanimatologiya Ümumi cərrahiyyə Neyrocərrahiyyə Ürək-damar cərrahiyyəsi Uşaq cərrahiyyəsi Otorinolarinqologiya Travmatologiya-ortopediya Onkologiya Urologiya Oftalmologiya |
11 noyabr, 2016-cı il saat 9:30 |
Mamalıq-ginekologiya Psixiatriya Nevrologiya Terapiya Kardiologiya Nefrologiya Qastroenterologiya Hematologiya Dermatovenerologiya |
14 noyabr, 2016-cı il saat 9:30 |
İmmunologiya Allerqologiya Yoluxucu xəstəliklər Endokrinologiya Narkologiya Fizioterapiya və tibbi bərpa Ftiziatriya Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza Pediatriya Şüa terapiyası Şüa diaqnostikası |
15 noyabr, 2016-cı il saat 9:30 |
Stomatologiya Üz-çənə cərrahiyyəsi Sosial gigiyena və səhiyyənin təşkili Gigiyena Mikrobiologiya Laboratoriya işi Genetika Epidemiologiya |
Müraciət edənlərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur