Qazlı içkilərin təhlükəli fəsadları
Qazlı içkilərin hər orqana fərqli şəkildə zərər verir.
Lent.az-ın musavat.com-a istinadən verdiyi xəbərə görə, Bengor Universiteti araşdırmaçıları, bu içkilərin asılılıq yaratdığını və yalnız 2 həftə içində bir çox orqanlara ziyan verdiyini açıqladı. Qazlı içkilərin orqanlara verdikləri zərərlər belə sıralanır:
Dəri: Harvard Universitetinin araşdırmalarına görə qazlı içkilərin içində olan fosfat erkən yaşlanmağa səbəb olur.
Sümük: Amerikadakı Tufts Universitetinin mütəxəssisləri qazlı içkilərin bədəndəki kalsium tarazlığını pozub sümük əriməsinə gətirib çıxardığını söyləyir.
Dişlər: İngilis Dental Jurnalının araşdırmalarına görə qazlı içkilər diş minasına zərər verir, sızlama və çürümələrə gətirib çıxarır.
Ürək: Miami Universiteti qazlı içkilərin infarkt riskini artırdığını açıqladı.
Ağciyər: Adelaide Universitetinin alimləri qazlı içkilərin asmaya səbəb olduğunu və ən az siqaret qədər zərər verdiyi ortaya çıxarıb.
1970