Seyid Camal ictimaiyyətə müraciət edib
02 avqust 2014 10:47 (UTC +04:00)

Seyid Camal ictimaiyyətə müraciət edib

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli cəbhə xəttində ermənilərin hücumları nəticəsində şəhid olmuş Vətən övladları ilə bağlı ölkə ictimaiyyətinə müraciət edib. Lent.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, bu, Azərbaycan xalqı üçün ağır itkidir: “Təmsil etdiyim Qarabağ Seyid Ocaqları adına Azərbaycan ordusunun qəhrəman şəhid əsgərlərinə üzülərək ailələrinə Allahdan rəhmət diləyir, başsağlığı verirəm. Onlar şəhid olmaqla Allah dərgahında ən uca zirvəni fəth etdilər. İndiki şəraitdə bütün xalqımızı mübariz olmağa, şəhidərimizin ruhunu sevindirəcək vətənpərvərlik ruhuna köklənməyə çağırırıq. Çünki düşmən hələ məğlub edilməyib. Əminəm ki, onların bu hücumu cavabsız qalmayacaq. Bir millət olaraq başımızı dik tutmalı və “Vətən sağ olsun!” deyərək, torpaqlarımızın işğaldan azad olunmasında fəaliyyətimizi davam etdirməliyik. Düşmənlərimiz ana-bacılarımızı gözü yaşlı görməməli, xalqımızın hər zaman yüksək döyüş əhval-ruhiyyəsinin şahidi olmalıdır”.


Müraciətdə o da qeyd edilib ki, bu ağır faciə günündə bir sıra Azərbaycan televiziyalarında əyləncə verilişləri nədənsə dayandırılmadı: “Bu telekanalların ölkənin matəmə büründüyü bir vəziyyətdə heç bir mənəvi dəyərlərə sığmayan addımını xalqın heysiyyatı adına xəyanət adlandırır, milli-mənəviyyat hissinə xələl gətirən verilişlərin yayımlanmasını şiddətlə qınayırıq. Əsrlərdir ki, xalqın and yerinə çevrilən Əhli-Beyt mənsubları olaraq, bunu şəhidlərimizin ruhuna qarşı hörmətsizlik kimi qiymətləndiririk.
Qarabağ Seyid Ocaqları olaraq inanırıq ki, Azərbaycan dövləti və ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəsarəti və iradəsi nəticəsində tez bir zamanda qarşı tərəf öz layiqli cəzasını alacaq. Dövlətimizin bütövlüyü, birlik və bərabərliyimizin qorunması ən başlıca prinsiplərimizdən biri olmalıdır. Qəhrəman şəhidlərimizin qisası mütləq alınacaq. Biz buna əminik".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1068

Oxşar yazılar