Qafar Cəbiyev MTRŞ-nın sədr müavini təyin edilib
02 aprel 2013 17:40 (UTC +04:00)

Qafar Cəbiyev MTRŞ-nın sədr müavini təyin edilib

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Bu barədə Lent.az-a MTRŞ-dan məlumat verilib. İclasda Şuraya yeni sədr müavini təyin olunub.

 

Ölkə prezidentinin fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü Cəbiyev Qafar Cəfər oğlu Milli Televiziya və Radio Şurasının sədr müavini seçilib. 

# 1183
avatar

Oxşar yazılar