Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 Avqust
02 avqust 2014 20:22 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 Avqust

GÜNÜN ŞƏRHİ

Düşündük ki, bu gün yoruma ehtiyac yoxdur. Bu gün cəmiyyətə yorumdan çox xəbər lazımdır. Cəbhə xəttindən verdiyimiz xəbərlərlə cəmiyyətin bu tələbatını az da olsa təmin edə bildik. Cəbhə xəttindən görüntülər, ən son xəbərlər, açıqlamalar, şəhid dəfnləri, beynəlxalq birliyin reaksiyası, qardaş Türkiyədən qardaşcasına reaksiyalar... Biz az sayırıq, amma cəbhədən gələn xəbərlərə ac olan cəmiyyətimiz haqlı olaraq aza qane olan deyil. Azərbaycan gerçək bir müharibənin içərisindədir və müharibənin də öz qanunları var. Bu qanunlardan biri informasiya təhlükəsizliyinə riayət etməkdir. Dünənki yorumda da bu fikri səsləndirdik və bir daha təkrarlamağa ehtiyac duyuruq - bəzən bir xəbəri verməmək verməkdən daha xeyirlidir. Qısası, bu qədər. Siz tamaşaçılarımızı qələbə sevincinə qovuşduracaq xəbərlər yaymaq arzusu ilə...

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2446
avatar

Oxşar yazılar