Bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın közərtilər də daxil olmaqla ümumilikdə 20 hektara yaxın ərazini əhatə edib və nəticədə 8 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.
Xatırladaq ki, yanğın təhlükəsinin ciddiliyi ilə əlaqədar ETSN-in müvafiq qurumları fövqəladə iş rejiminə keçib və Nazirliyin 300 nəfərdən artıq əməkdaşı, o cümlədən müvafiq departament rəhbərləri və işçi qüvvəsi artıq bir neçə gündür ki, ərazidədir.
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
Nazirlik milli parkdakı yanğınla bağlı məlumat yaydı
Bir neçə gün əvvəl Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin 8-ci dolayında yüksək dağlıq ərazidə baş vermiş yanğın avqustun 10-da saat 12 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, yanğının baş verdiyi ərazi yüksək dağ massivində yerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemlər yaranıb. Yanğının qarşısının alınmasında əsasən əl əməyindən və FHN-in helikopterlərinin köməyindən istifadə edilib. ETSN-in müvafiq qurumlarının əməkdaşları yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edərək dağ çaylarından əl əməyi ilə su daşıyıb, eyni zamanda su çiləmək üçün tutumu 20 litr olan xüsusi bel çantalarından da istifadə edib.
1071