Mirşahin Ağayev əməliyyat olundu - <span style="color:red;">Türkiyədə
22 noyabr 2016 15:36 (UTC +04:00)

Mirşahin Ağayev əməliyyat olundu - Türkiyədə

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev Türkiyədə əməliyyat olunub.

 

Lent.az-ın musavat.com-a istinadən məlumatına görə, jurnalistin yaxınları bildirib ki, hazırda onun vəziyyəti normaldır: “Bakıya nə vaxt qayıdacağı məlum deyil. Hər şey vəziyyətinin düzəlməsindən asılıdır  Mirşahinin səhhətində çoxdan problem var idi. Həkimlər yayda əməliyyat olunmağı tövsiyə etmişdilər. Lakin ANS-in bağlanması planları pozdu. Ona görə də əməliyyat gecikdi. Vəziyyəti ciddi olduğu üçün Türkiyəyə getməli olub”.

 

Jurnalistin özü ilə də əlaqə saxlamağa çalışdıq. O isə danışmaq istəmədiyini bildirərək, Mais Məmmədovla əlaqə saxlamağımızı tövsiyə etdi.

 

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov bildirdi ki, Mirşahin şənbə günü əməliyyat olunub: “Mirşahin Ağayev mədəsindəki problemlə bağlı əməliyyat keçirib və hər hansı onkoloji xəstəliyi yoxdur. Şükür Allaha, əməliyyat yaxşı keçib. İndi yavaş-yavaş özünə gəlir. Həkimlər nə vaxt icazə versə, ölkəyə qayıdacaq. Yəqin ki, 4-5 gün çəkər”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375
avatar

Oxşar yazılar