Məktəb direktorlarının <span style="color:red;">NƏZƏRİNƏ
23 sentyabr 2014 16:40 (UTC +04:00)

Məktəb direktorlarının NƏZƏRİNƏ

Təhsil Nazirliyi, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan direktor müavinlərinin təlimlərdə iştirakı üçün müsabiqə elan edib. Lent.az-ın məlumatına görə, təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsili idarəedənləri yetişdirməkdir. Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək.

Təlimlərin müddəti oktyabrın 20-dən yanvarın 17-dəkdir.

Müsabiqədə iştirak üçün minimum ali pedaqoji təhsil və məktəb direktoru və ya direktor müavini kimi ən azı 2 (iki) il pedaqoji iş təcrübəsi lazımdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2079

Oxşar yazılar