Kəmaləddin Heydərov UNİCEF-in nümayəndə heyəti ilə görüşdü
17 mart 2015 16:19 (UTC +04:00)

Kəmaləddin Heydərov UNİCEF-in nümayəndə heyəti ilə görüşdü

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov martın 17-də UNİCEF-in Mərkəzi və Şərqi Avropa ölkələri və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru, xanım Mari-Pyer Puaryenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, K. Heydərov rəhbərlik etdiyi qurumun UNICEF-in Bakı ofisi ilə sıx əməkdaşlıq etdiyini, bir sıra mühüm layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

 

O, Azərbaycanın ev sahibliyi edəcək Birinci Avropa Oyunlarının ölkəmizin tarixində ən əlamətdar hadisələrdən biri olduğunu, nazirliyin əməkdaşları tərəfindən bu əlamətdar tədbirə hazırlıqla bağlı genişmiqyaslı texniki və təhlükəsizlik tədbirləri proqramı həyata keçirildiyini bildirib.

Xanım Mari-Pyer Puarye deyib ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri Novruz bayramı və qarşıdan gələn mühüm tədbir - Birinci Avropa Oyunları ərəfəsinə təsadüf edir. Qonaq UNİCEF-in Azərbaycanla, o cümlədən müvafiq sahələr üzrə FHN-lə uğurlu əməkdaşlığı davam etdirmək əzmində olduğunu vurğulayıb. 

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar