Kafedə qıza görə adam öldürməkdə təqsirləndirilən şəxs 20 İL CƏZA TƏLƏBİ
07 iyun 2017 14:43 (UTC +04:00)

Kafedə qıza görə adam öldürməkdə təqsirləndirilən şəxs 20 İL CƏZA TƏLƏBİ

 

Kafedə işləyən qıza görə qətl törətməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü İlqar Əhmədovun və xuliqanlıqda təqsirləndirilən 1983-cü il təvəllüdlü Emin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Lent.az-ın məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz prokurorluğa verilib.

 

Dövlət ittihamçısı çıxış edərək İ.Əhmədovun 20 il, E.Cəfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edərək əsas şahidlərin məhkəmədə dindirilmədiyini, buna görə də işin hər tərəfli araşdırılmadığını bildiriblər.

 

İ.Əhmədovun vəkili Rəşid Mirmehdizadə deyib ki, müvəkkilinin qətlə yetirilən Murad Hüseynovu bıçaqla vurduğunu görən olmayıb. Sadəcə İlqar özü istintaqa ifadəsində bunu etiraf edib. Məhkəmədə də dedi ki, bu ifadəsini təzyiq altında verib. Onu qardaşını həbs etməklə qorxudublar.

 

Məhkəmə prosesi iyunun 13-də davam etdiriləcək.

 

Qeyd edək ki, hadisə Binəqədi rayonunda, “DSK” yolunun üstündə üzərində kafedə baş verib. Kafedə olan oğlanlardan birinin orada işləyən Aynurəyə sataşması davaya səbəb olub.

 

2017-ci il yanvarın 1-də "DSK" yolunun üzərində 1997-ci il təvəllüdlü Murad Hüseynovun meyiti küçədə tapılıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü İlqar Arif oğlu Əhmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, İ. Əhmədov M. Hüseynovun dostu, 1982-ci il təvəllüdlü Rövşən Ağayevə də bıçaq xəsarətləri yetirib. R. Ağayev xəstəxanaya yerləşdirilib.

 

Onu da qeyd edək ki, qətldə təqsirləndirilən İlqar Əhmədov cinayəti törətmədiyini bildirib. Həmçinin o, saxlandığı istintaq təcridxanasında intihara cəhd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Səlcuq Elçin

Oxşar yazılar