IX sinif üzrə inşaların qiymətləri açıqlandı
30 iyun 2017 16:02 (UTC +04:00)

IX sinif üzrə inşaların qiymətləri açıqlandı

 

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında 9-cu sinif şagirdləri tərəfindən yazılmış inşalara (esselərə) verilən qiymətləri elan edib.

 

Dövlət İmtahan Mərkəzindən ( DİM ) Lent.az-a verilən məlumata görə, şagirdlər DİM-in internet saytında buraxılış imtahanının nəticələri (http://eservices.dim.gov.az/netorta/?frm=egov) bölməsinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz inşalarına verilən qiymətlə, həmçinin inşa vərəqələrinin qrafik təsviri ilə tanış ola bilərlər.

 

Ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında 27074 şagird inşa (esse) yazıb. İnşa (esse) 10 ballıq şkala ilə qiymətləndirilir. Ümumi orta təhsil haqqında fərqlənmə sənədini almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınır. Fərqlənmə sənədini almaq üçün namizəd olanlar 7 və ya daha yuxarı bal toplamalıdırlar.

 

6276 şagirdin yazdığı inşa (esse) 7 və ya daha yuxarı balla qiymətləndirilib. 268 şagirdin nəticəsi isə yazdığı inşada (essedə) özünü tanıtma ilə bağlı məlumatlar (ad, soyad, ata adı, ana adı, oxuduğu məktəb, məktəb direktorunun adı, soyadı və s.) qeyd edildiyindən ləğv edilib.  

 

İnşaların (esselərin) nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Bakı şəhəri və regionlarda Apelyasiya Komissiyaları yaradılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar