
İstirahət günlərinin HAVA PROQNOZU
İstirahət günlərində Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 17-22, dağlıq rayonlarda 12-16 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperature 18-23, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.
Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava əsasən yağmursuz keçəcək.Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24 dərəcə isti təşkil edəcək. Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.
Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 19-22 dərəcə isti təşkil edəcək.
Oxşar yazılar

İyul sınaqlar gətirəcək: Risk altında olan BÜRCLƏR
4 iyul 2025 , 00:02Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
3 iyul 2025 , 19:49Qeyri-sabit hava bu tarixədək davam edəcək
3 iyul 2025 , 19:17
Qışda yemək üçün giləmeyvə necə dondurulmalıdır?
3 iyul 2025 , 18:44
Tale sürprizlər hazırlayıb: həftə sonuna qədər şanslı olacaq BÜRCLƏR
3 iyul 2025 , 18:31Azərbaycanda universitet prorektoru öldü
3 iyul 2025 , 18:14
Yenidən qurulan, müasirləşən Xankəndi - FOTOLENT
3 iyul 2025 , 17:44